19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Pensiya və maaşlarda artım olacaq
Tarix: 12-09-2024 11:42 | Bölmə: İqtisadiyyat
Pensiya və maaşlarda artım olacaq

2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əməkhaqqı 8.3 faiz artıb. Orta aylıq əməkhaqqıdakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Byaramov bildirib.

Onun sözlərinə görə, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğunlaşdırılır.

V. Bayramov əlavə edib ki, bu ildəki orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:

“2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əməkhaqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq.

Əmək pensiyaları orta aylıq əməkhaqqıdakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}