Dünya bazarı: qızılın qiyməti sürətlə artır
Tarix: 16-09-2024 12:05 | Bölmə: İqtisadiyyat
Dünya bazarı: qızılın qiyməti sürətlə artır

Dünya bazarında qızıl sürətlə bahalaşır. Son günlər rekord həddə qiymət artımı qeydə alınıb.

Reyting.az
xəbər verir ki, qiymət artımına səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salacağı ilə bağlı məlumatlardır və qlobal bazarlar çərşənbə günü açıqlanacaq qərara fokuslanıb.

Məlumata görə, FED-dən 25 bəndlik faiz endirimi gözləntisi davam edərkən, Avropa Mərkəzi Bankı ikinci faiz endiriminə imza atıb. Qızıl qiymətləri də bu inkişaflara paralel olaraq yüksəlməyə davam edir.

Bildirilir ki, qızılın unsiyası günə 2578 dollardan başlayıb. Gün ərzində ən aşağı səviyyə 2577 dollar, ən yüksək səviyyə isə 2589 dollar olub. Hazırda 2586 dollara satılır. Qızıl üzrə rekord 2589 dollardır.

Qram qızıl günə 82 dollardan başlayıb. Hazırda 83 dollara satılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər