Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq olunur
Tarix: 24-09-2024 08:22 | Bölmə: İqtisadiyyat
Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq olunur

Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketini açıqlayıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters məlumat paylaşıb.

“Bu yeni sanksiyalar beş şəxs və altı təşkilata qarşı yönəlib”, – XİN-nin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinq də bildirmişdi ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalar rejimini daha da sərtləşdirmək niyyətindədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}