“Gəncə Quşçuluq”, “Neftçala Ət”, “Salyan broyler”... - Bu dövlət obyetləri hərraca çıxarılıb
Tarix: 25-09-2024 17:24 | Bölmə: İqtisadiyyat
“Gəncə Quşçuluq”, “Neftçala Ət”, “Salyan broyler”... - Bu dövlət obyetləri hərraca çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 və 8 oktyabr tarixlərində keçirəcəyi hərraclara ümumilikdə 29 dövlət əmlakı çıxarılacaq.

Reyting.az
xəbər verir ki, 1-ci hərraca 23 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2007-2019-cu illəri əhatə edir.

2-ci hərraca isə 6 səhmdar cəmiyyətinin səhm paketi çıxarılacaq. Hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ağdaş Quşçuluq”, “Gəncə Quşçuluq”, “Neftçala Ət”, “Salyan broyler”, “Xəzər Avtonəqliyyat” və “Zaqatala Fındıq” açıq səhmdar cəmiyyətləridir. Hərraca çıxarılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 175 157 -1 223 095 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}