Dövlət Neft Şirkətinin tabeliyindəki idarə cərimələnib
Tarix: 03-10-2024 11:44 | Bölmə: İqtisadiyyat
Dövlət Neft Şirkətinin tabeliyindəki idarə cərimələnib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə inzibati protokol yazılıb.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, idarənin rəhbəri Rəşid Ağakişiyevdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər