Neftin qiyməti Rusiyanın dövlət büdcəsini “böyük risk” qarşısında qoyub
Tarix: 03-10-2024 12:41 | Bölmə: İqtisadiyyat
Neftin qiyməti Rusiyanın dövlət büdcəsini “böyük risk” qarşısında qoyub

Əgər Səudiyyə Ərəbistanı neft hasilatını artırmaq planlarını həyata keçirsə, o zaman Rusiya müharibə iqtisadiyyatını dəstəkləmək üçün vəsait çatışmazlığı hiss edəcək.

Reyting.az
xəbər verir ki, belə iddia ilə “Politico” nəşri çıxış edib.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı digər neft hasil edən dövlətlərin neftin bir barelini təxminən 100 dollara qədər yüksəltmək üçün tədarükləri azaltmaq hərəkətlərini əlaqələndirə bilməməsindən daha çox məyus olur. Neft treyderləri deyirlər ki, Səudiyyə Ərəbistanı indi qiymətlər düşsə belə, bazar payını və mənfəətini ələ keçirmək üçün daha çox neft ixracı ilə cavab verməyi planlaşdırır.

“Belə bir strategiya neftin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Bu isə Rusiya prezidenti Vladimir Putin üçün pis xəbərdir. Son 10 ildə neft və qaz Rusiya dövləti üçün ən böyük vahid gəlir mənbəyi olub”, - “Politico” yazır.

Eyni zamanda, Norveçdə olan rusiyalı enerji analitiki Mixail Krutixin hesab edir ki, Səudiyyə Ərəbistanının belə bir addımı əsasən neft gəlirlərindən asılı olan Rusiyanın dövlət büdcəsi üçün “böyük risk” daşıyır.

“Ona görə də biz arxada oturub gözləməliyik”,- deyən Krutixinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Rusiya şirkətlərinin hasilatın azaldılması tələblərinə əməl etmədiyini mükəmməl başa düşür və buna uyğun planlarını qurur.

Bundan əlavə, Beynəlxalq Sülh Naminə Karnegi Fondunun əməkdaşı, iqtisadçı Aleksandra Prokopenko hesab edir ki, Moskva üçün risk yüksəkdir: “Mövcud məzənnə ilə neftin qiymətinin 20 dollar azalması gəlirin 1,8 trilyon rubl (20 milyard dollar) azalması ilə nəticələnəcək. Bu, Rusiyanın ÜDM-nin təxminən 1 faizinə bərabərdir. Hökumət seçim qarşısında qalacaq: xərcləri azaltmaq. Müharibə zamanı və ya inflyasiya təzyiqlərini və boğucu yüksək faiz dərəcələrini qəbul etmək mümkün deyil”.

Öz növbəsində Rusiya lideri Vladimir Putin ölkəsinin iqtisadiyyatını dəstəkləmək üçün neft hasilatını davam etdirəcəyinə söz verib.

“Hər kəsin, öo cümlədən bizim də çətinliklərimiz var, lakin Rusiya qlobal enerji bazarının aparıcı iştirakçılarından biri olmaqda davam edir”, - o, ötən həftə enerji forumunda deyib.

Eyni zamanda, “Politico” vurğulayıb ki, Səudiyyə Ərəbistanı planlarını həyata keçirsə belə, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq ehtimalı yoxdur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər