Əli Əsədov Minsk Avtomobil Zavodunda olub
Tarix: 04-10-2024 13:58 | Bölmə: İqtisadiyyat
Əli Əsədov Minsk Avtomobil Zavodunda olub

Baş nazir Əli Əsədov Belarusun yük, xüsusi və sərnişin nəqliyyat vasitələrinin hazırlanması və istehsalı üzrə aparıcı müəssisələrindən biri olan “Minsk Avtomobil Zavodu” ASC-də olub.

Reyting.az
 xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədova holdinqin yaranma tarixi haqqında məlumat verilib, həmçinin Baş nazir istehsal sexləri və Minsk Avtomobil Zavodunun istehsal etdiyi məhsulların çeşidi ilə tanış olub.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}