Məşhur milyarder ucuz avtomobil sürür - Foto
Tarix: 07-10-2024 08:26 | Bölmə: İqtisadiyyat
Məşhur milyarder ucuz avtomobil sürür

"Facebook"-un sahibi, amerikalı milyarder Mark Zukerberq gündəlik idarə etdiyi avtomobilin markasını açıqlayıb.

Reyting.az
xəbər verir ki, sadə bir zövqə malik olduğunu söyləyən Zukerberqin "Toyota Prius", həm də "Honda Fit" sürdüyü günlər artıq çoxdan geridə qalıb. Bununla belə, o, milyardlarla dollar böyük sərvətə sahib olsa da, bir media maqnatı kimi yenə gündəlik həyatında sadəliyə üstünlük verir.

İş adamı daha sadə görünüşü olan "Cadillac CT5-V Blackwing" idarə etdiyini bildirib. İdman maşını hesab olunan bu sedan 668 at gücündə olan 6,2 litrlik V8 mühərriki ilə seçilir ki, bu da avtomobili 0-dan 100 km/saata 3,4 saniyəyə sürətləndirir.

Zukerberqin qarajında qiyməti 1,4 milyon dollar dəyərində əlavə "Pagani Huayra" markalı avtomobil olsa da, o, ucuz avtomobilə üstünlük verir.



Milyarderin sözlərinə görə, "Cadillac" praktiki olaraq, rahatlıq performansını öz xüsusiyyətində birləşdirən maşın kimi gündəlik həyatda sürmək üçün idealdır.

Zukerberq bu yaxınlarda süni intellektlə işləyən ağıllı eynəklərdən istifadə etməklə öz maşınını parkinqdə axtaranda çəkdiyi bir videonu paylaşıb. Dediyinə görə, o, ən müasir texnologiyanı hərəkətdə nümayiş etdirməklə öz ağıllı eynəyinin köməyi ilə avtomobilini tez tapa bilib.

Bir çoxları amerikalı milyarderin sadə seçimini bəyənib. İstifadəçilər gözlənilməz açıqlamanı təqdir edib və amerikalı iş adamının davranışını xoş qarşılayıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər