Neftlə bağlı tarixi qərar verilib
Tarix: 07-10-2024 08:43 | Bölmə: İqtisadiyyat
Neftlə bağlı tarixi qərar verilib

Afrika qitəsinin neft və təbii qazla zəngin ölkəsi Nigeriya xam nefti yerli valyuta ilə satmağa başlayıb.

Reyting.az
xəbər verir ki, ölkənin Maliyyə Nazirliyinin rəsmisi Məhəmməd Manqa faktı təsdiqləyib.

Onun sözlərinə görə, Federal İcraiyyə Şurasının (FEC) direktivinə uyğun olaraq xam neftin yerli valyuta olan naira ilə satışına başlanılıb.

Manqa qeyd edib ki, bu strateji təşəbbüs Nigeriya iqtisadiyyatına davamlı təsir göstərəcək, artımı, sabitliyi və özünü təmin etməyi gücləndirəcək. Ölkənin qlobal bazarların mürəkkəbliyi içərisində gəzməyə davam etdiyini bildirən Manqa əlavə edib ki, bu strateji addım Nigeriyanın uğur qazanması üçün vacibdir.

Qeyd edək ki, Nigeriyanın müəyyən edilmiş neft ehtiyatı təxminən 37 milyard barreldir. Bu isə dünya ehtiyatının 3,1 faizini təşkil edir. Xam neft istehsalında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər