Azərbaycana turist axını artıb
Tarix: 08-10-2024 18:42 | Bölmə: İqtisadiyyat
Azərbaycana turist axını artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 963 min 361 xarici vətəndaş səfər edib.

Reyting.az
Dövlət Turizm Agentliyinə istinadla bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur.

Təkcə sentyabr ayında ölkəmizə 235 329 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da bir il əvvələ nisbətən 22 faiz yüksək rəqəmdir.

Ötən ay Azərbaycana ən çox turist 62 591 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (38 661 nəfər), üçüncü yerdə isə Hindistan (19 957 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 17,7 min, Gürcüstandan 10,8 min, Pakistandan 7,8 min, Qazaxıstandan 7,3 min, Səudiyyə Ərəbistandan 6,9 min, Çindən 6,1 min, Birləşmiş Ərəb Əmirliklərindən 4,3 min, Özbəkistandan 4,2 min, İsraildən 3,4 min, Ukraynadan 3,4 min, Türkmənistandan 3 min, ABŞ-dan 2,6 min turist gəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}