11:37 / 12-11-2024
"Veteran pulu" artırılacaq
Rusiyanın vəsaiti hesabına Ukraynaya 35 milyard avro ayrılıb
Tarix: 10-10-2024 15:43 | Bölmə: İqtisadiyyat
Rusiyanın vəsaiti hesabına Ukraynaya 35 milyard avro ayrılıb

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə etməklə Ukraynaya 35 milyard avro məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Aİ Şurasının mətbuat xidməti yayıb.

Məlumata görə, qərar Avropa Parlamenti tərəfindən ratifikasiya edildikdən sonra rəsmən təsdiqlənəcək.

Vəsait Ukraynanın Rusiya təcavüzü səbəbindən artan təcili maliyyə ehtiyaclarını dərhal ödəməyə yönələcək.

Xatırladaq ki, sentyabr ayında Ukrayna prezidenti Vladimir Zelenski bildirmişdi ki, hökumət Aİ-nin kreditini hava hücumundan müdafiə vasitələrinin alınmasına, enerji sektoruna, bomba sığınacaqlarının tikintisinə və ölkə daxilində silah istehsalına xərcləməyi planlaşdırır.

Qeyd olunur ki, 35 milyard avroluq kredit G7 ölkələrinin - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın Ukraynaya 50 milyard dollar kredit ayırması təşəbbüsünə AB-nin töhfəsidir. Yəni Kiyev onlardan istifadədə maksimum hərəkət azadlığı əldə edəcək və onları 2025-ci ildə qəbul etməyə başlayacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər