Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfəyə yaxın azalıb
Tarix: 16-10-2024 10:45 | Bölmə: İqtisadiyyat
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 212 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə azdır(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər