Azad edilmiş ərazilərdə torpaq islahatı üçün işçi qrup yaradılıb
Tarix: 17-10-2024 13:01 | Bölmə: İqtisadiyyat
Azad edilmiş ərazilərdə torpaq islahatı üçün işçi qrup yaradılıb

“Dövlət proqramında nəzərdə tutulan digər məsələlərlə yanaşı, torpaq islahatı ilə bağlı istiqamətlər də müəyyənləşdirilir”.

Reyting.az
xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə gerçəkləşən bütün tədbirlər və layihələr kimi, torpaq islahatı da 1-ci nömrəli Dövlət Proqramı çərçivəsində həyata keçirilir:

“İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb və bu işçi qrupu öz fəaliyyətini davam etdirir. Artıq bununla bağlı bir neçə ölkəyə səfər olunub, beynəlxalq təcrübə araşdırılıb. Azərbaycanda torpaq islahatının ən optimal şəkildə təşkil olunması üçün müxtəlif təhlillər aparılır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər