Deputat: Neftsiz ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür
Tarix: 21-10-2024 10:54 | Bölmə: İqtisadiyyat
Deputat: Neftsiz ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür

2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq Azərbaycanın qeyri-neft ixracatında artım olub. Bu müddətdə qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollara çatıb.

Reyting.az
xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8 faiz artaraq 755,4 milyon dollar təşkil edib.

Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi, spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı olub. Bu ilin 9 ayındakı artıma mövsümü faktorlarla yanaşı aqrar məhsulların ixacatının çoxalması də təsir göstərib.

V. Bayramov əlavə edib ki, bütün bunlarla yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır:

“Daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlığı baxımından da vacibdir”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər