Rusiyanın hesabına Ukraynaya 35 milyard avro kreditin verilməsi təsdiqlənib
Tarix: 22-10-2024 16:29 | Bölmə: İqtisadiyyat
Rusiyanın hesabına Ukraynaya 35 milyard avro kreditin verilməsi təsdiqlənib

Avropa Parlamenti Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək böyük G7 krediti çərçivəsində Ukraynaya kreditin verilməsi təklifini dəstəkləyib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Rusiya aktivlərindən əldə edilən gəlir hesabına Ukraynaya G7 (Yeddilik Qrupu) krediti çərçivəsində ümumi dəyəri 50 milyard dollar (təxminən 45 milyard avro) olan 35 milyard avro məbləğində kreditin ayrılması qərarının lehinə 518, əleyhinə 56 nəfər səs verib.

Qeyd olunur ki, vəsaitlər Rusiya Federasiyası Mərkəzi Bankının Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərindən istifadəyə imkan verən Ukrayna Kredit Əməkdaşlıq Mexanizmi adlı xüsusi yeni alət vasitəsilə təmin ediləcək.

Kredit Ukraynanın demokratik standartlara riayət etməsi şərti ilə verilir. Xüsusi siyasət şərtləri əlavə Anlaşma Memorandumunda müəyyən ediləcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər