12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Xalq Sığorta", "Bakı Sığorta" və "Meqa Sığorta"dan narazılıq yaranıb
Tarix: 24-10-2024 10:01 | Bölmə: İqtisadiyyat
"Xalq Sığorta", "Bakı Sığorta" və "Meqa Sığorta"dan narazılıq yaranıb

Azərbaycan Mərkəzi Bankı üç sığorta şirkətinin fəaliyyətindən narazı qalıb.

Reyting.az
Banka istinadla bildirir ki, bu səbəbdən bank tərəfindən "Xalq Sığorta", "Bakı Sığorta" və "Meqa Sığorta" ASC-lərə icrası məcburi göstəriş verilib.

Bildirilib ki, araşdırma və sığorta bazarının ümumi monitorinqi zamanı adı çəkilən şirkətlərin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimləyərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl etmədiyi üzə çıxıb. Müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər