İsrailin İrana hücumu neftin qiymətinə təsir göstərib
Tarix: 28-10-2024 10:03 | Bölmə: İqtisadiyyat
İsrailin İrana hücumu neftin qiymətinə təsir göstərib

Həftə sonu İsrailin İrana cavab hücumundan sonra neft 4 faiz ucuzlaşıb.

Reyting.az
xəbər verir ki, Brent markalı neftin qiyməti 73 dollar düşdüyü halda, ABŞ xam nefti 68 dollara satılır.

İsrail təyyarələri şənbə günü İranın hərbi obyektlərini vuraraq, ayın əvvəlində raket hücumuna cavab verib, lakin hücum gözləniləndən daha məhdud olub. İranın dövlət mediası ölkənin neft sənayesi fəaliyyətinin normal fəaliyyət göstərdiyini bildirib.

Digər tərəfdən, “Citigroup Inc” Yaxın Şərqdəki münaqişələrdən qaynaqlanan risklərin aşağı olduğunu əsas gətirərək, Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb. “Onyx Capital Group”un tədqiqat rəhbəri Harri Txilinguirian deyib ki, İsrailin “şənbə günü qisas alması əsasən qeyri-adekvat və qeyri-mütənasib olaraq görülüb”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər