14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

16:15 / 18-10-2025

11:59 / 15-10-2025

Ekspert: "Məşğulluq Agentliyinin nümayəndələri korrupsiya ilə məşğuldur"
Tarix: 28-11-2024 10:11 | Bölmə: İqtisadiyyat

Azərbaycanda həyata keçirilən özünüməşğulluq proqramı ilə bağlı zaman-zaman əhalinin müəyyən narazılığı ortaya çıxır.
Bu proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən vətəndaşlar sonradan onlara verilən heyvanlarla bağlı narazılıq edirlər.
Heyvanların xəstə, yararsız olması səsləndirilən iddialar arasındadır.
Bu problem bütün bölgələri əhatə edir.
Reyting.az-ın məlumatına görə, bir müddət əvvəl TNS-də Naxçıvan Muxtar Respublikasında əhaliyə qeyd olunan proqram çərçivəsində verilən heyvanların xəstə olması ilə bağlı geniş bir material gedib.
Özünüməşğulluq proqramı nədir?
Azərbaycanda aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq, kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Bu, özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.
Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirlərindən əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır.
Göründüyü kimi, proqramla bağlı yazılanlar kifayət qədər cəlbedicidir.
Bəs proqramın icrası zamanı ortaya çıxan narazılığın səbəbi nədir?
Problem o qədər dərinləşib ki, bu günlərdə Milli Məclisdə də müzakirə olunub.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov özünüməşğulluq proqramı ilə kəndliyə verilən heyvanların üç gün sonra öldüyünü deyib.
O qeyd edib ki, şəhid ailələri və veteranlara güzəştlərlə bağlı çoxlu qanun, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var: "Nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı oradan öyrənə bilərlər. Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə verilən iki inəyə bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, təqdim olunmuş heyvanlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) xəstəlik-sağlamlıq arayışları olur. Nazir araşdırmamış heç kimi heç nə deməməyə çağırıb.
Onu da qeyd edək ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir. Fermalarda heyvanlara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən kliniki baxış keçirilir və daha sonra heyvanlar karantinə alınırlar. Karantin müddəti bitdikdən sonra AQTA tərəfindən akt təqdim edildiyi təqdirdə heyvanların ölkə üzrə paylanışı həyata keçirilir. Paylanış zamanı heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt da tərtib olunur.
Yəni prosedur belədir. Bəs necə olur olur ki, əhali aldığı heyvanın xəstə olduğunu deyir. Belə çıxır ki, vətəndaşlar yalan danışır? Yaxud da yoxlamadan keçən heyvanlar yolda gedərkən xəstələnir...
Reyting.az-ın məlumatına görə, iqtisadçı Akif Nəsirli məsələ ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, bu sahədə rastlaşdığı faktlarda korrupsiya hallarını müşahidə edib: “Məlumdur ki, hər bir heyvanın müəyyən qiyməti var. Əvvala, özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlar dəyərindən bir neçə dəfə baha qiymətləndirilir. Deyək ki, 100 manatlıq keçini 300 manata sənədləşdirirlər. Vətəndaşa da bu qiymətə imza atdırırlar. Bunu da “sən onsuz da pul verib almırsan ki, havayı alırsan. İmzanı 300 manata at!” - şəklində əsaslandırırlar. Halbuki həmin keçinin birini bazardan 100-120 manata almaq olar. Mən belə faktlar görmüşəm. İnsanlara xəstə inəklərin verilməsinə şahid olmuşam. Hətta xəstə olmasa belə, baxırsan ki, bazarda inəyin qiyməti ən uzağı 300 manatdır. Bunu 3000 manata qiymətləndirirlər. Beləcə, korrupsiya halları yaşanır. Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar”.
İqtisadçı belə hesab edir ki, problemi aradan qaldırmaq üçün proseduru dəyişmək lazımdır: “Hökumət vətəndaşa vasitə verməsin, əvəzində pul versin. İnsanlar bazardan öz seçdiyi, xoşuna gələn heyvanı alsın. Belə olanda vəziyyət dəyişəcək. Heyvanın bazardan alınmasına məşğulluq mərkəzinin nümayəndəsi şahidlik də edə bilər. Yaxud vətəndaşa götürdüyü pulun dəyərində mal-heyvan alması ilə bağlı öhdəlik qoyula, sonradan vətəndaşın alıb-almadığına nəzarət edilə bilər. Yəni proseduru elə təşkil etmək lazımdır ki, dövlət orqanları, məmurlar vəziyyətdən sui-istifadə etməsin.
Digər tərəfdən məşğulluq mərkəzi öz nümayəndlərini elə seçməlidir ki, həmin adamların kənd təsrrüfatından, heyvanlardan başı çıxsın.
İndiki halda özünüməşğulluq proqramından ancaq Məşğulluq Agentliyinin məmurları xeyir götürür, vətəndaşa heç bir faydası yoxdur”.
Sonda onu da qeyd edək ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir.
Özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini Dövlət Statistika Komitəsi tərəfindən əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinə qaytarır.
Ən azından bu fakt dəyərindən baha qiymətə təqdim olunan sənədə imza atan vətəndaşı iki dəfə düşünməyə vadar etməlidir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

17-10-2025, 17:16
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
17-10-2025, 14:47
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
17-10-2025, 14:15
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
17-10-2025, 13:12
Avropada şərab istehlakı azalır
17-10-2025, 12:05
Azərbaycanın xarici dövlət borcu azalıb
17-10-2025, 10:00
Pensiya yaşı artırılacaq? - Açıqlama
17-10-2025, 09:49
İngilislər Qazaxıstana böyük məbləğdə investisiya qoyacaqlar
16-10-2025, 18:48
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
16-10-2025, 15:57
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
16-10-2025, 13:44
Ticarət müharibəsi dolları ucuzlaşdırır
16-10-2025, 11:15
Azərbaycan neft məhsullarının ixracını artırıb
16-10-2025, 09:10
Rusiya Latviyaya sanksiyalarla cavab verəcək
15-10-2025, 17:59
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
15-10-2025, 17:18
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
15-10-2025, 13:34
Dövlət Xidməti işçilərinin sayı artırılıb
15-10-2025, 12:14
Külək turbinlərini süni intellekt idarə edəcək - Foto
14-10-2025, 15:29
Azərbaycanda kərə yağı bahalaşıb
14-10-2025, 15:06
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14-10-2025, 12:10
Dövlət Xidməti 220 min manatlıq çap məhsulları alır
14-10-2025, 10:30
Agentliyə azad edilmiş ərazilərə dair yeni vəzifə həvalə olunub
14-10-2025, 10:11
Azərbaycan-İran-Rusiya birgə İşçi qrupu yaradılacaq
13-10-2025, 18:04
"Sədərək"də reklam qurğuları sökülür
13-10-2025, 16:46
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri görüşüblər
13-10-2025, 14:39
Süni intellekt ABŞ-ı böyük iqtisadi problemdən qoruyub
13-10-2025, 12:08
Türkiyədə türkəsilli əcnəbilərə işləmək hüququ verilib
13-10-2025, 11:18
Azərbaycana idxal olunan bioloji aktiv qidada uyğunsuzluq aşkarlanıb
13-10-2025, 09:50
"Lamborghini" elektrik avtomobillərindən imtina edir
13-10-2025, 07:47
Tramp şirkətləri 770 milyard dollar zərərlə üzləşdirib
10-10-2025, 09:55
Dubaydan Bakıya gətirilən brilyant qaşlar gömrükdən buraxılmayıb
10-10-2025, 09:18
Ən çox şikayət edilən bank hansıdır? - Mərkəzi Bankdan açıqlama
9-10-2025, 17:50
Bəzi ölkələrdən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyulub
9-10-2025, 12:57
Əli Əsədov yeni qərar imzalayıb
9-10-2025, 12:39
"Azərikart"ın lisenziyası məhdudlaşdırılıb
9-10-2025, 07:43
Rusiyada benzin qıtlığı 20 faizə çatıb
8-10-2025, 12:01
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
8-10-2025, 10:45
Yüzlərlə MMC yaradaraq qanunsuzluq edən şəxsə hökm oxunub
8-10-2025, 10:28
Əmək müqavilələrini "mygov"da da imzalamaq mümkün olacaq
8-10-2025, 09:29
AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
8-10-2025, 07:36
Süni intellekt sahəsində böhran gözlənilir
7-10-2025, 11:20
Qızılın qiyməti sürətlə yeni rekorda yaxınlaşır
7-10-2025, 10:05
Lukaşenko Belarusda qiymət artımlarını qadağan edib
6-10-2025, 12:11
Dövlət büdcəsinin gəlirləri artıb - 675,2 milyon manat
6-10-2025, 11:07
Gəncədəki köhnə avtobuslar Bakıda istifadə olunur
6-10-2025, 10:39
Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb
6-10-2025, 10:13
DİN bank kartları ilə bağlı əhaliyə növbəti xəbərdarlığı edib
6-10-2025, 08:01
“OPEC+” neft hasilatını artıracaq
4-10-2025, 12:04
İlham Əliyev iki bankla bağlı fərman imzalayıb
4-10-2025, 10:05
Azərbaycanda mənzillər bahalaşır - Səbəb