17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Quşçuluq fabriki yumurta istehsalını azalda bilər - Səbəb
Tarix: 28-01-2019 21:00 | Bölmə: İqtisadiyyat
Quşçuluq fabriki yumurta istehsalını azalda bilər

“Hacıqabul rayonunda yerləşən “Hacıqabul quşçuluq” fabriki yumurta istehsalı həcmini azalda bilər”.

Reyting.az
xəbər verir ki, bunu “Trend”ə fabrikin anbar rəisi Mikayıl Salahov deyib.

M. Salahovun sözlərinə görə, bu onunla əlaqədardır ki, fabrik bazarda yaranmış rəqabətlə bağlı öz məhsullarının satışında problemlə üzləşir:

“Bazara Ukraynadan yumurtaların gətirilməsi ilə əlaqədar yerli məhsulun satışları əhəmiyyətli dərəcədə azalıb. Fabrik gündəlik olaraq bir milyondan çox yumurta istehsal edir. Eyni zamanda, illik həcm 300-320 milyon ədəd təşkil edir. Müəssisə istehsalat həcmini artırmaq gücündədir, amma tez xarab olan məhsul ticarət obyektlərində qaldığı üçün bu məsələ hələlik gündəmdə deyil”.

Anbar rəisi bildirib ki, ötən il müəssisə İraqa kiçik həcmdə yumurta ixrac edib:

“Ötən il İraqa yumurta ixracı ilə bağlı təkliflər nəzərdən keçirilib. Hazırda biz qonşu İrana ixraca başlamışıq və böyük ehtimalla tədarük il ərzində həyata keçiriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}