20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
30 min işsiz şəxsə 80 milyon manat ayrılıb
Tarix: 30-01-2019 14:17 | Bölmə: İqtisadiyyat
30 min işsiz şəxsə 80 milyon manat ayrılıb

"Bu il 30 min işsizin ictimai işlərdə əmək haqqının ödənilməsi üçün dövlət büdcəsindən 80 milyon manat ayrılıb. Artıq 16 min işsizlə müqavilə imzalanıb".

Reyting.az
xəbər verir ki, bu sözləri DOST İş Mərkəzinin direktoru Niyazi Rəhimov “İşsizin DOST”u proqramının icrasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

N. Rəhimovun sözlərinə görə, hər bir işçi üçün 200-300 manat əmək haqqı müəyyən edilib.

“Bura onların işsizlikdən sığortalanması, pensiya fonduna ödənişləri də daxildir. Nəzərə almaq lazımdır ki, bu işçilər bütün gün ərzində çalışmır. İctimai iş olduğundan bəzən günün müəyyən saatları və ya həftənin müəyyən günlərində çalışır”.

N. Rəhimov bildirib ki, hazırda Bakıda 3 min işsizin sosial işə cəlb edilməsi üçün müqavilə imzalanıb:

“Gələcəkdə bu şəxslərin sayının 5-6 minə çatdırılması nəzərdə tutulur. Bu şəxslərə əmək haqqı bank kartı vasitəsilə ödəniləcək”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər