20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
QSC cari ildə 900 milyon dollar investisiya yatıracaq
Tarix: 14-02-2019 08:28 | Bölmə: İqtisadiyyat
QSC cari ildə 900 milyon dollar investisiya yatıracaq

Azərbaycanın "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2019-cu ildə Dəhlizin müvafiq seqmentlərinə təqribən 900 milyon dollar investisiya yatırmağı planlaşdırır. Reyting.az-ın məlumatına görə, bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Şirkətdən deyiblər ki, bu vaxta qədər QSC "Cənub Qaz Dəhlizi" meqa layihəsinin seqmentlərinə 9,6 milyard ABŞ dolları (maliyyə öhdəliklərinə uyğun olaraq) həcmində investisiya qoyub.

Bununla belə, qeyd olunub ki, şirkətin sərmayələri təkcə ötən il təqribən 1 milyard dollar təşkil edib:

"QSC cari ildə "Cənub Qaz Dəhlizi"nin müvafiq seqmentlərinə 900 milyon dollara yaxın investisiya yatırmağı planlaşdırır".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

"Cənub Qaz Dəhlizi"nə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər