Deputata məxsus şirkətə 1.7 milyonluq layihə verilib
Tarix: 30-01-2025 10:45 | Bölmə: İqtisadiyyat
Deputata məxsus şirkətə 1.7 milyonluq layihə verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi "Naxçıvan Muxtar Respublikası Təcili Yardım Xidməti" publik hüquqi şəxsi regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair malların alınmasına 1 760 350 AZN xərcləyəcək.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, qurum "Azəri Med" QSC ilə müqavilə bağlamağı planlaşdırır.

Alınacaq məhsullara 64 ədəd xəstəbaşı monitor, 64 ədəd şırınqa pompası, 64 ədəd infuziya pompası, 64 ədəd venadaxili infuziyalar üçün ştativ, 64 ədəd 3 və 4 motorlu çarpayı, 32 ədəd 4 motorlu çarpayı və s. daxildir. 

Qeyd edək ki, QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.




Bölməyə aid digər xəbərlər
22-01-2025, 11:23 Dəfn pulu artırılır