Azərbaycanda problemli kreditlər artıb
Tarix: 30-01-2025 10:49 | Bölmə: İqtisadiyyat
Azərbaycanda problemli kreditlər artıb

Bu il 01 yanvar tarixinə olan müddətdə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 449,1 milyon manat təşkil edib.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib.

Məlumata görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 9,6 faiz azdır.

Qeyd olunur ki, ölkədə problemli kreditlərin məbləği son 1 ildə 2,6 faiz artıb.

Yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,5 faiz təşkil edib. Bu nisbət dekabrın 1-nə 1,7 faiz, ötən il yanvarın 1-nə isə 1,8 faiz olub.




Bölməyə aid digər xəbərlər
22-01-2025, 11:23 Dəfn pulu artırılır