08:22 / 21-05-2025
NATO parçalana bilər
İki bankın daşınmaz əmlakları hərraca çıxarılıb
Tarix: 04-02-2025 10:38 | Bölmə: İqtisadiyyat
İki bankın daşınmaz əmlakları hərraca çıxarılıb

Fevralın 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Zamin Bank" və "Atabank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Zamin Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanındakı dəyəri 53 min manat olan 41,4 kv.metrlik mənzildən və "Atabank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 275,7 kv.metrlik əsas, 39 kv.metrlik köməkçi sahədən ibarət qeyri-yaşayış binasından gedir.




Bölməyə aid digər xəbərlər