17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ölkədə növbəti bahalaşma başlayır - İqtisadçı
Tarix: 17-02-2019 22:40 | Bölmə: İqtisadiyyat
Ölkədə növbəti bahalaşma başlayır

Bakı şəhərində fəaliyyət göstərən bəzi marketlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətini növbəti dəfə artırıblar. Dünən Səbail rayonundakı bir neçə marketdə siqaretlərin qiymətində də artım müşahidə olunub. Market sahibləri bunun topdansatış firmaları tərəfindən edildiyini bildiriblər.

Reyting.az-ın xəbərinə görə, tanınmış iqtisadçı Nemət Əliyev də marketlərdə qiymət artımı olduğunu bildirib.

N. Əliyev FB səhifəsində yazıb ki, alış-veriş elədiyi marketdə şorun, xamanın (smetan) kiloqram qiyməti 3 manat 20 qəpikdən 4 manat 10 qəpiyə yüksəlib. Onun sözlərinə görə, bahalaşma 28 faizdən çoxdur:

“Qiymətlərin firmalar tərəfindən qaldırıldığı bildirilir. Digər malların da bahalaşması gün məsələsidir. Bu qədər bahalaşma heç də yaxşı başlanğıc deyil”.

İqtisadçı növbəti bahalaşmanın olacağını güman etdiyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}