Bir ayda 20 min əmək müqaviləsi imzalanıb - Nazir
Tarix: 18-02-2019 17:26 | Bölmə: İqtisadiyyat
Bir ayda 20 min əmək müqaviləsi imzalanıb

Azərbaycanda Vergilər Məcəlləsinə edilən dəyişikliklər əmək müqavilələrinin sayının artmasına müsbət təsir göstərib.

Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S. Babayevin sözlərinə görə, təkcə bu ilin yanvar ayı ərzində təxminən 20 min yeni əmək müqaviləsi imzalanıb:

“Bu məlumatlar gündəlik dəyişir. Hər gün yeni müqavilələr imzalanır, köhnələri ləğv olunur. Ümumilikdə biz hesab edirik ki, minimal əmək haqqının artması, özəl sektorda güzəştlərin tətbiqi, məşğulluq sisteminin əhatəsinin genişləndirilməsi kimi addımlar həm əmək bazarının leqallaşmasında, həm də əmək müqavilələrinin sayının artmasında vacib rol oynayır”.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}