Unun son topdansatış qiymətləri açıqlanıb
Tarix: 19-02-2025 14:21 | Bölmə: İqtisadiyyat
Unun son topdansatış qiymətləri açıqlanıb

Fevralın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 27-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 27-27,35 manat civarında dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Tovuz şəhərində qeydə alınıb.

Xatırladaq ki, fevralın 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 27-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,9-27,3 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 27,1 manat olmaqla Sumqayıt şəhərində, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.




Bölməyə aid digər xəbərlər