20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İqtisadçı: “Ölkədə həyat səviyyəsi pisləşir”
Tarix: 22-02-2019 23:42 | Bölmə: İqtisadiyyat
İqtisadçı: “Ölkədə həyat səviyyəsi pisləşir”

“Pensiyaların, təqaüdlərin artırılmasına dair imzalanan sərəncamların mürəkkəbi qurumamış əhali gəlirlərinin adambaşına düşən həcmi ötən ay 11 manat 70 qəpik və ya 3 faiz azalıb”.

Reyting.az
xəbər verir ki, bunu tanınmış iqtisadçı Nemət Əliyev bildirib. Onun sözlərinə görə, ölkədə həyat səviyyəsi artıq 4,6 faiz pisləşib.

“Açıqlanan rəsmi məlumatlara görə, adambaşına düşən gəlirlərin nominal həcmi ötən ilin yanvarında 396,9 manat, bu ilin yanvarında isə 385,2 manat olub. Bir aylıq gəlirlərin 11,7 manat və ya 3 faiz azalması ortadadır [(385,2-396,9=-11,7); (-11,7:396,9∙100≈-3%)]. Amma Dövlət Statistika Komitəsi bu azalmanı ört-basdır etmək üçün onu ictimaiyyətə “5,3% artım” kimi təqdim edib”.

N. Əliyev bildirib ki, ölkə əhalisinin ümumi gəlirlərinin nominal həcmi də azalıb. Bu göstəricinin səviyyəsi yanvarda 2,1 faiz və ya 82,3 milyon manat enərək 3882,3 milyon manatdan 3800 milyon manata düşüb (3800:3882,3∙100-100≈-2,1%). Rəsmilər bu sadə hesablamanın nəticəsini də təhrif edərək ictimaiyyətə “6,1% artım” kimi təqdim ediblər.

İqtisadçının fikrincə, peşəkar mütəxəssislərin bu dərəcədə kobud səhv buraxması inandırıcı görünmür. “Lakin ölkədə son zamanlar baş verənlərin fonunda mümkündür ki, ictimaiyyətin çaşdırılması məqsədli şəkildə həyata keçirilib”,- deyən N. Əliyev bu çaşqınlığın səbəbləri haqqında düşünüb-daşınmağı oxucuların öhdəsinə buraxdığını bildirib:

“Amma nəzərə almaq lazımdır ki, yanvarda əhalinin həyat səviyyəsi pisləşib. Əgər istehlak qiymətlərinin yanvarda 1,7 faiz artmasına dair açıqlanan rəsmi məlumatlara inansaq (gerçək bahalaşma yüksəkdir), ölkədə həyat səviyyəsinin artıq 4,7 faiz (-3,0-1,7=-4,7%) pisləşməsi təsdiq olunur”, - N. Əliyev qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər