Mərkəzi Bankı kredit təşkilatı və onun vəzifəli şəxsini cərimələyib
Tarix: 05-03-2025 15:19 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankı kredit təşkilatı və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Reyting.az
xəbər verir ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxarılıb.

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.




Bölməyə aid digər xəbərlər
3-03-2025, 10:13 Siqaret bahalaşıb