Çərşənbə, 19 mart 2025, 12:15:50  
Əbu-Dabi-Qəbələ aviareysi fəaliyyətə başlayır
Tarix: 18-03-2025 16:59 | Bölmə: İqtisadiyyat
Əbu-Dabi-Qəbələ aviareysi fəaliyyətə başlayır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” 2025-ci il iyunun 19-dan etibarən Qəbələ ilə Əbu-Dabi arasında uçuşlar həyata keçirəcək.

Reyting.az
xəbər verir, reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır. Aviailetlərin satışı artıq wizzair.com və aviaşirkətin mobil tətbiqində açıqdır.

Yeni marşrutun açılması münasibətilə “Wizz Air Abu Dhabi” xüsusi aksiya elan edir: WIZZ Discount Club proqramının üzvlərinə və satışın ilk üç günü bütün sərnişinlərə 20 faiz endirim tətbiq olunur.




Bölməyə aid digər xəbərlər
3-03-2025, 10:13 Siqaret bahalaşıb