“SOCAR Trading”in baş icraçı direktoru vəzifəsinə təyinat olub
Tarix: 08-04-2025 12:25 | Bölmə: İqtisadiyyat
“SOCAR Trading”in baş icraçı direktoru vəzifəsinə təyinat olub

“SOCAR Trading”in baş icraçı direktoru vəzifəsinə yeni şəxs təyin edilib.

Reyting.az
-ın məlumatına görə, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Natiq Mustafayev şirkətin baş icraçı direktoru təyin edilib. Natiq Mustafayev 2018-ci ildən bu vəzifədə çalışan Məryəm Almaszadəni əvəzləyib.

Məryəm Almaszade bundan sonra “SOCAR”ın tərkibində baş müşavir vəzifəsində çalışacaq.

“SOCAR”da işləməzdən əvvəl Natiq Mustafayev Londonda “Credit Suisse Securities” şirkətində yüksək vəzifələrdə çalışıb. 2014-cü ildən isə “Barings” şirkətində Londonda və Boston şəhərində inkişaf etməkdə olan bazarların borc portfelləri üzrə İdarəedici Direktor və Portfel Meneceri kimi fəaliyyət göstərib.




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur