Daha 32 nəqliyyat vasitəsi özəlləşdirilib
Tarix: 08-04-2025 16:51 | Bölmə: İqtisadiyyat
Daha 32 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 32 nəqliyyat vasitəsi satılıb.

Reyting.az
xəbər verir ki, hərrac rəqabətli keçib.

Bildirilib ki, start qiyməti 7 000 manat olan “Mercedes Benz” markalı mikroavtobus 12 500 manata, 2 800 manat olan “Kamaz” markalı yük avtomobili isə 9 000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3L3QYU linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 22 və 24 aprel tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılacaq.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur