Vətəndaşların bank kartlarından oğurluq halları artıb
Tarix: 10-04-2025 09:46 | Bölmə: İqtisadiyyat
Vətəndaşların bank kartlarından oğurluq halları artıb

Vətəndaşların bank kartlarından oğurluq halları artıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir:

Məlumata görə, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12 min 850, 8 min 211, 8 min 210, 4 min 466, 2 min, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb: "Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur