Daha bir qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Tarix: 10-04-2025 10:12 | Bölmə: İqtisadiyyat
Daha bir qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Göygöldə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Göygöl rayonunun Qızılca kəndində fəaliyyət göstərən “Triton-21” MMC-yə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun istismara yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə dövri texniki müayinənin, eləcə də sözügedən tutumların üzərində quraşdırılmış qoruyucu klapan və manometrlərin dövri yoxlamasının aparılmadığı, məntəqənin maye və təbii qaz təsərrüfatı obyektlərinin fəaliyyəti növünə lisenziya alınmadan istismar olunduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur