ABŞ və Çin dünya bazarlarında şok yaradıb
Tarix: 11-04-2025 12:59 | Bölmə: İqtisadiyyat
ABŞ və Çin dünya bazarlarında şok yaradıb

ABŞ Çin məhsullarına rüsumu 125 faizə qaldırdıqdan sonra Pekin də onoloji qərar verib.

Reyting.az
bildirir ki, Çin ABŞ mallarına rüsumları 125 faziə qaldırıb. Aprelin 12-dən ABŞ mallarına əlavə rüsumlar tətbiq ediləcək.

Digər tərəfdən, Oman vasitəsilə keçirilməsi planlaşdırılan İran-ABŞ danışıqları ərəfəsində ABŞ hökuməti Çində yerləşən “Guangsha Zhoushan Energy Group” şirkətinə İranın neft sənayesi ilə əlaqəsi olduğunu əsas gətirərək sanksiyalar tətbiq etmək qərarına gəlib. ABŞ Dövlət Departamentindən bildiriblər ki, “Guangsha Zhoushan Energy Group”-a qarşı sanksiyaların təfərrüatları paylaşılıb.

Açıqlamada şirkətin İrandan xam neft aldığı səbəbiylə sanksiya siyahısına əlavə edildiyi, daha 3 gəmi idarə edən şirkətin də İran neftinin daşınmasında rol oynadıqları səbəbiylə sanksiyaların əhatəsinə daxil edildiyi bildirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur