Maliyyə Nazirliyi depozit hərracı keçirib
Tarix: 11-04-2025 19:24 | Bölmə: İqtisadiyyat
Maliyyə Nazirliyi depozit hərracı keçirib

Bu gün Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib.

Reyting.az
xəbər verir ki, bu barədə nazirlikdən bildiriblər.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Depozit hərraclarının tətbiqi dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcək.

Məlumata görə, Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur