Çin “Boeing” təyyarələrinin alışını dayandırır
Tarix: 15-04-2025 18:02 | Bölmə: İqtisadiyyat
Çin “Boeing” təyyarələrinin alışını dayandırır

Çin hakimiyyəti ölkənin aviaşirkətlərindən ABŞ-la ticarət müharibəsi çərçivəsində “Boeing” təyyarələri, onun hissələri və avadanlıqlarının tədarükünü dayandırmağı tələb edib.

Reyting.az
“Bloomberg”-ə istinadla bildirir ki, sifariş Çin keçən həftə Amerika mallarına 125 faiz cavab tarifləri elan etdikdən sonra verilib.

Qeyd olunur ki, tətbiq olunan tariflər ABŞ-da istehsal olunan təyyarələrin və onların hissələrinin dəyərini iki dəfədən çox bahalaşdıracaq.

Bildirilir ki, Pekin “Boeing” təyyarələrini icarəyə götürən və daha yüksək xərclərlə üzləşən daşıyıcıları dəstəkləmək yollarını da nəzərdən keçirir. “Aviation Flights Group”-un məlumatına görə, təxminən on “Boeing 737 Max” təyyarəsi Çin aviaşirkətlərinin donanmasına daxil olmağa hazırlaşır. Agentliyin mənbəsi bildirib ki, Çin daşıyıcıları hələ də onlardan bəzilərini qəbul edə bilərlər, çünki onlar üçün sənədlər Çin rüsumları qüvvəyə minməmişdən əvvəl verilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur