15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Ukrayna və ABŞ bu həftə saziş imzalaya bilər
Tarix: 16-04-2025 15:35 | Bölmə: İqtisadiyyat
Ukrayna və ABŞ bu həftə saziş imzalaya bilər

Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar üzrə saziş bu həftənin əvvəlində imzalana bilər.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-nın maliyyə naziri Scott Bessent "Bloomberg"-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən həftə sonu Ukrayna bu məsələ ilə bağlı əks təkliflə çıxış edib, ona görə də danışıqlar hələ də davam edir.

"Biz çox, çox yaxınıq. Müqavilə bu həftə imzalana bilər", - deyə nazir bildirib.

Mənbələrdən biri isə deyib ki, cümə və şənbə günləri texniki qruplar arasında danışıqlar konstruktiv olub.

“Bloomberg” mənbədən sitat gətirir:

“ABŞ hələ də sazişə Ukraynadakı xərcləri fonddan gələn gəlirlər hesabına ödəmək imkanı kimi baxır, onun ölçüsü hələ son layihədə müəyyən edilməyib”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur