18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
“Kredit büroları haqqında” qanun dəyişib
Tarix: 19-04-2025 12:21 | Bölmə: İqtisadiyyat
“Kredit büroları haqqında” qanun dəyişib

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.

Reyting.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.

Xatırladaq ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur