Nazirlər Kabinetinə tövsiyələr paketi verilib
Tarix: 22-04-2025 12:03 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabinetinə tövsiyələr paketi verilib

Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı müşahidə edilən hallar əsasında Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib.

Reyting.az
xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, paketə kənd təsərrüfatı sahəsində maliyyələşmə mexanizmləri, büdcə vəsaitindən istifadə üzrə normativlər, onların şamil olunduğu qurumlar, vahid büdcə təsnifatı, büdcədənkənar dövlət fondlarının investisiya fəaliyyəti ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi, ətraf mühitə təsir edən bəzi təsərrüfatlar üzrə tənzimləmələrin yaradılması ilə bağlı tövsiyələr daxildir.

Sədr həmçinin qeyd edib ki, Palata dövlət maliyyəsi ilə əhatə edilən sahələr üzrə hüquqi aktlara, o cümlədən Vergi Məcəlləsində, "Gömrük tarifi haqqında", "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə, dövlət investisiyalarının monitorinqi və qiymətləndirilməsi bağlı sənədlərin layihələrinə də münasibət bildirib.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb