12:45 / 23-04-2025
Sabah yağış yağacaq
09:51 / 23-04-2025
Çaylarda sululuq artıb
Mərkəzi Bank inflyasiya proqnozunu artırıb
Tarix: 23-04-2025 10:09 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank inflyasiya proqnozunu artırıb

Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozlarına görə, illik inflyasiya 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,3 % ətrafında olacaq.

Reyting.az
xəbər verir ki, bu ilin yanvar ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağını açıqlamışdı.

"Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına, inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır", - deyə AMB bəyan edib.

Bundan başqa, qurum bəyan edib ki, son aylar inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb. Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına görə, ötən ay əmtəə qiymətləri indeksi aylıq müqayisədə 2,7 % azalıb, illik müqayisədə isə 2,6 % artıb. Martda ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası ötən ilin eyni ayına nəzərən 9,6 % olub. Son 1 ildə manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 1,8 % möhkəmlənib.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb