19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Dəniz nəqliyyatı ilə yükdaşıma artıb
Tarix: 15-05-2025 17:58 | Bölmə: İqtisadiyyat
Dəniz nəqliyyatı ilə yükdaşıma artıb

Bu ilin yanvar-aprel aylarında dəniz yolu nəqliyyatı vasitəsilə 2 milyon 946 min ton yük daşınıb.

Reyting.az
Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.

Yüklərin 48,5 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 4 milyon 543,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3 milyon 797,9 min tonunu və ya 83,6 faizini tranzit yüklər təşkil edib.

Bu il may ayının 1-nə olan vəziyyətə görə, limanlarda qalan yüklərin həcmi 193,1 min ton təşkil edib.

Yanvar-aprel aylarında hava nəqliyyatı ilə 130,1 min ton yük, dəmiryolu nəqliyyatı ilə 5 milyon 712,1 min ton yük, avtomobil nəqliyyatı ilə 45 milyon 28,3 min ton yük daşınıb.




Bölməyə aid digər xəbərlər