SOCAR-la Macarıstanın “MOL Group” şirkəti arasında saziş imzalanıb
Tarix: 03-06-2025 18:01 | Bölmə: İqtisadiyyat
SOCAR-la Macarıstanın “MOL Group” şirkəti arasında saziş imzalanıb

Bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.

Reyting.az
xəbər verir ki, ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.

İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən, Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 %, SOCAR-ın isə 35 % paya sahib olması nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər