20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Yanğından zərər çəkənlərə kompensasiya veriləcək
Tarix: 28-03-2019 10:56 | Bölmə: İqtisadiyyat
Yanğından zərər çəkənlərə kompensasiya veriləcək

Nizami Rayon İcra Hakimiyyətində (RİH) “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarların bir qismi ilə növbəti görüş keçirilib.

Reyting.az
xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və Prezident Administrasiyasının nümayəndələri iştirak ediblər.

Sahibklara bildirilib ki, dəymiş zərərə görə kompensasiya veriləcək.

Zərərçəkənlər qeyd ediblər ki, görüşdən razı qalıblar: “Dedilər ki, kompensasiya ödəniləcək. Bunun üçün vaxt müəyyən edilməyib. Bu gün dəymiş zərərə görə siyahıyaalınma işləri aparılacaq”.

Yanğınla bağlı dəyən zərərin hesablanması üçün komissiyanın yaradılacağı da bildirilir. Bu barədə keçirilən görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov bildirib. O qeyd edib ki, prezident bununla bağlı tapşırıq verib.

Bildirilib ki, sahibkarlar dəymiş ziyanı dəqiqliklə hesablayıb komissiyaya təqdim etməlidirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər