İordan çayının qərb sahilləri işğal edilə bilər
Tarix: 14-08-2025 17:10 | Bölmə: Dünya
İordan çayının qərb sahilləri işğal edilə bilər

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç bəyan edib ki, baş nazir Benyamin Netanyahu İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaların və fələstinlilərdən ələ keçirilən torpaqların işğalının genişləndirilməsi qərarını dəstəkləyir.

Reyting.az
bildirir ki, E1 layihəsi Şərqi Qüdsü İordan çayının qərb sahilindəki Fələstin torpaqlarından təcrid etmək məqsədi daşıyır.

İşğal altındakı İordan çayının qərb sahilində fələstinlilərdən ələ keçirilən torpaqlar üzərində inşa olunan Maale Adumim qəsəbəsində çıxış edən nazir B. Smotriç bildirib ki, fələstinlilərdən ələ keçirilən məskənləri genişləndirəcək E1 layihəsi Fələstin dövlətini tanımağa qərar verən Qərb ölkələrinə cavabdır.

Smotriç əlavə edib ki, Fələstin dövlətini tanımağa çalışan hər kəsin cavabı veriləcək və Fələstinin qurulmasına imkan yaratmayacaqlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər