Ekoturizmə xarici investisiyalar cəlb olunacaq
Tarix: 10-04-2019 08:19 | Bölmə: İqtisadiyyat
Ekoturizmə xarici investisiyalar cəlb olunacaq

Azərbaycan Dövlət Turizm Agentliyi eko və aqroturizmin inkişafı üçün fəal işləyir.

Bunu Trend-ə Agentliyin aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, hazırda ümumilikdə turizm sektoruna, o cümlədən aqroturizm, ekoturizm, dağ turizmi kimi sahələrə xarici investisiyaların cəlb olunması ilə bağlı sənəd hazırlanır:

“Biz bu sənədi bu ilin sonunadək hazırlamağı planlaşdırırıq”.

Aparat rəhbəri qeyd edib ki, turizm sahəsində ciddi islahatlar keçirilib ki, bunların əsasında turizm sənayesinin inkişafına yönəlmiş stimullaşdırıcı paket hazırlanıb.

O əlavə edib ki, bu sahədə islahatlar növbəti illərdə də həyata keçirilıəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}