Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
Tarix: 14-10-2025 08:30 | Bölmə: Slayd
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib)

Dünya liderləri Misirdə Qəzza sülh sazişini imzalayıblar.

Reyting.az
xəbər verir ki, Şarm Əl-Şeyxdə keçirilən sammitdə baş tutan imzalanmada ABŞ, Türkiyə, Misir və Qətər liderləri iştirak edib.



***

Misir, ABŞ, Qətər və Türkiyənin imza atdıqları sülh planına görə, HƏMAS bütün girovları azad edəcək və ölənlərin cəsədlərini İsrail tərəfinə təhvil verəcək. Təl-Əviv isə qoşunlarını razılaşdırılmış xəttə çəkəcək və yüzlərlə fələstinlini həbsxanadan azad edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Xatırladaq ki, dünən Misirin Şarm əl-Şeyx şəhərində İsrail–Fələstin münaqişəsinə son qoymaq üçün Yaxın Şərq Sülh Sammiti başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər