Bakıya gizli gətirilən qızıl külçələr aşkarlanıb
Tarix: 03-09-2025 11:24 | Bölmə: İqtisadiyyat
Bakıya gizli gətirilən qızıl külçələr aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Reyting.az
Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər