ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxarıb
Tarix: 04-09-2025 13:58 | Bölmə: İqtisadiyyat
ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxarıb

ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş əşyalarını hərraca çıxarıb.

Məlumata əsasən, istifadə edilmiş kompüter/telekommunikasiya avadanlıqları, ofis mebeli, avtomobil və müxtəlif əşyalar üzrə internet üzərindən (onlayn) hərrac keçiriləcək.

Hərrac sentyabrın 8-i saat 10:00-da başlayacaq və sentyabrın 10-u saat 12:00-da bağlanacaq.

Qaydalar və şəkillərlə tanış olmaq üçün qeydiyyatdan keçmək tələb olunur(qafqazindo)








Bölməyə aid digər xəbərlər