23 aptekdə yoxlama aparılıb
Tarix: 04-09-2025 14:32 | Bölmə: İqtisadiyyat
23 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayında ümumilikdə 23 aptekdə yoxlama keçirib.

Mərkəzdən verilən məlumata görə, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

Aparılan yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.




Bölməyə aid digər xəbərlər